“Qızıl top” mükafatı bu il təqdim olunmayacaq
“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatı bu il təqdim olunmayacaq.

Koronavirus pandemiyasına görə yaranmış problem səbəbindən mükafat heç kimə verilməyəcək.

Qeyd edək ki, “Barselona”nın kapitanı Lionel Messi 2019-cu ildə 6-cı dəfə “Qızıl top” mükafatına layiq görülüb. 1956-cı ildən təşkil olunan mərasim ilk dəfə baş tutmayacaq.

Xəbər 506 dəfə oxundu.