“Fənərbağça” klubu antirekorda imza atıb
Futbol üzrə Türkiyə Super Liqasının başa çatmasına bir tur qalmış “Fənərbağça” klubunun yeddinci yeri tutacağı dəqiqləşib.

İstanbul təmsilçisi 1959-cu ildən bəri ilk dəfə ardıcıl iki mövsümdə turnir cədvəlinin ilk beşliyinə düşə bilməyib. İstanbul klubu, həmçinin 30 il sonra ardıcıl ikinci dəfə avrokuboklarda iştirak hüququ qazana bilməyib.

Qeyd edək ki, Türkiyə çempionatının 2019/2020-ci il mövsümünün qalibi İstanbulun “Başakşəhər” komandası olub.


Xəbər 504 dəfə oxundu.