“Votford”un baş məşqçisi Naycel Pirson istefaya göndərilib
İngiltərənin “Votford” futbol klubunun baş məşqçisi Naycel Pirson istefaya göndərilib.

Sona iki tur qalmış klub turnir cədvəlində 34 xalla 17-ci pillədə qərarlaşıb. Qarşıdakı iki turda “düşmə zonası”nda olan komanda “Mançester Siti” və “Arsenal”la qarşılaşacaq.

“Votford” rəhbərliyi bu mövsüm artıq üçüncü dəfə məşqçisini istefaya göndərir. N.Pirsonadək Xavyer Qrasiya və Kike Flores də komandadan göndərilmişdi.


Xəbər 495 dəfə oxundu.