Portuqaliyalı futbolçu Azərbaycan klubundan təklif alıb
Portuqaliyanın “Pasuş de Ferreyra” futbol komandasının yarımmüdafiəçisi Pedrinyo Azərbaycan klubundan təklif alıb.

Klub ilə müqavilə müddəti başa çatan futbolçuya Kipr və Azərbaycan klublarından cəlbedici təkliflər var. İyirmi səkkiz yaşlı oyunçu ilə Kiprdən “Anortosis”in və adı açıqlanmayan Azərbaycan klubunun maraqlandığı qeyd olunub.

2016-cı ildən “Pasuş de Ferreyra”da çıxış edən Pedrinyo karyerası ərzində yalnız Portuqaliyada oynayıb.

Xəbər 487 dəfə oxundu.