“Səbail” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb
Bakının “Səbail” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Bakı təmsilçisi Adil Nağıyev ilə razılıq əldə edib. İyirmi beş yaşlı müdafiəçi 2020/2021-ci il mövsümündə də “Səbail”in formasını geyinəcək.

Qeyd edək ki, “Səbail” daha əvvəl Orxan Qurbanlı, Bahadur Həziyev, Elçin Rəhimli və Peyman Keşavarzın müqaviləsini daha bir il artırıb. Aftandil Hacıyevin baş məşqçisi olduğu komanda Eltun Yaqublu, Şəhriyar Rəhimov və Maykl Essyenlə yollarını ayırıb. İcarə müddəti başa çatan Fəhmin Muradbəyli “Neftçi”yə, Ruslan Hacıyev isə “Qarabağ”a qayıdıb.


Xəbər 494 dəfə oxundu.