Gülnar Məmmədova “Sundays with Unity” şahmat turnirində üçüncü yeri tutub
“Unity Chess Club”un təşkilatçılığı ilə keçirilən blits üzrə onlayn turnirdə Azərbaycan şahmatçıları da iştirak ediblər.

“Lichess.org” platforması vasitəsilə keçirilən yarışda təmsilçimiz Gülnar Məmmədova qadınlar arasında üçüncü yeri tutub.

Ümumi nəticədə isə şahmatçılarımız ilk onluğa düşə bilməyiblər. Turnirin qalibi Hindistan təmsilçisi, qrossmeyster Raunak Sadvani olub.

Xəbər 478 dəfə oxundu.