“Zirə” dörd futbolçu ilə müqavilə bağlayıb
Bakının “Zirə” klubu dörd futbolçu ilə müqavilə bağlayıb.

Komanda Şəhriyar Rəhimov və Ruslan Qurbanovla iki, Rəşad Əzizli və Tural Bayramlı ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, bundan əvvəl klub Klesio Bauk, Kərim Diniyev, Rəşad Eyubov və Sərtan Taşkını heyətinə qatıb.


Xəbər 497 dəfə oxundu.