“Neftçi TV” test yayıma başlayıb
“Neftçi TV” bu gün test yayıma başlayıb.

“Neftçi TV” hər gün saat 12:00-dan 16:00-dək “YouTube” vasitəsilə yayımlanacaq.

Qeyd edək ki, “Neftçi TV”də klubun gündəlik həyatı ilə bağlı məlumatlar, maraqlı müsahibə və açıqlamalar, müxtəlif əyləncəli proqramlar, əsas komandanın yoldaşlıq görüşlərindən, eləcə də “Neftçi-2” və aşağı yaş qrupu komandalarının bəzi oyunlarından canlı yayımlar, həmçinin müxtəlif verilişlər də olacaq.

Xəbər 500 dəfə oxundu.