BMT-dən “Olimpiya barışığı”
BMT Baş Məclisinin sədri Nasir Əbdül əl-Əziz ən-Nasir bütün dünyaya müraciət edərək iyulun 27-dən sentyabrın 9-dək Londonda keçiriləcək Olimpiya oyunları dövründə “Olimpiya barışığı”na riayət etməyə çağırıb.

Baş Məclisin qəbul etdiyi sənəddə deyilir: “... Mən BMT-nin üzvü olan bütün dövlətlərə təntənəli surətdə müraciət edərək onları 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunları və Paralimpiya oyunları ilə əlaqədar “olimpiya barışığı”na sədaqət nümayiş etdirməyə çağırıram”.

Baş Məclis üzv dövlətləri israrla BMT Nizamnaməsi çərçivəsində, fərdi və kollektiv şəkildə XXX Olimpiada oyunları başlanacaq iyulun 27-dən XIV Paralimpiya oyunlarının bağlı elan ediləcəyi sentyabrın 9-dək “olimpiya barışığı”na riayət etməyə çağırıb.

Müqəddəs “ekeçeiriya” (“olimpiya barışığı”) ənənəsi eramızdan əvvəl VIII əsrdə qədim Yunanıstanda yaranmışdır. Beynəlxalq Olimpiya Komitəsi 1992-ci ildən bu ənənəni bərpa etməyə çalışır.

AzərTAc

Xəbər 936 dəfə oxundu.