Qadınlar arasında sürətli şahmat turnirinin super finalında Rusiya və Ukrayna təmsilçiləri mübarizə aparacaqlar
İyulun 20-də qadınlar arasında sürətli şahmat turnirinin super final qarşılaşmaları oynanılacaq.

“Womens Speed Chess Championship” yarışı çərçivəsində keçirilmiş Qran-Pri turnirinin dörd mərhələsinin yekununa görə ən çox xal toplamış rusiyalı Aleksandra Kostenyuk və ukraynalı Anna Uşenina super finalda iştirak hüququ qazanıblar.

Onlayn Qran-Pri turnirinin birinci mərhələsində A.Uşenina, digər üç mərhələdə Rusiya şahmatçıları Valentina Qunina, Yekaterina Laqno və Aleksandra Kostenyuk qalib gəliblər.

Qran-Prinin ilk üç mərhələsində iştirak edən Azərbaycan şahmatçısı Günay Məmmədzadənin çıxışı uğurlu olmayıb.

Xəbər 627 dəfə oxundu.