"Zirə"də Rəşad Sadıqovun köməkçiləri müəyyənləşib
Bakının "Zirə" futbol klubunun yeni baş məşqçisi Rəşad Sadıqovun köməkçiləri müəyyənləşib.

Bundan sonra Borçe Xristov, Eltun Yaqublu və Nəriman Hüseynov da əsas komandanın məşqçiləri korpusunda yer alacaq.

Xatırladaq ki, "Zirə" iki gün əvvəl Rəşad Sadıqovla 3 illik müqavilə imzalayıb.

Xəbər 476 dəfə oxundu.