“Tottenhem” klubu “Lester Siti”ni üç cavabsız qolla məğlub edib
Futbol üzrə İngiltərə Premyer Liqasının 37-ci turun növbəti oyunu keçirilib.

“Tottenhem” öz meydanında “Lester Siti”ni qəbul edib.
“Uebli” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

London təmsilçisinin heyətində Jeyms Jastin (avtoqol) və Hari Keyn (2) fərqləniblər.

Bu qələbə sayəsində xal ehtiyatını 58-ə çatdıran “Tottenhem” turnir cədvəlində 6-cı, “Lester Siti” isə 62 xalla 4-ci yerdə qərarlaşıb.

AZƏRTAC

Xəbər 486 dəfə oxundu.