"Qarabağ”ın yeni transferi Azərbaycana gəlib
Ağdamın "Qarabağ” klubunun Portuqaliyanın “Saviş” klubundan transfer etdiyi Kevin Medina Azərbaycana gəlib.

Kolumbiyalı futbolçu “Instagram” hesabında Bakıdan foto paylaşıb.

İyirmi yeddi yaşlı futbolçu keçən ilin yayından “Saviş”də çıxış edirdi. O, daha əvvəl “Akademiko Vizeu”, “Pinhalnovenze”, “Sintrenze”, “Moura” və “Naval”ın da formasını geyinib. Mərkəz müdafiəçisi ötən mövsüm 16 matçda meydana çıxıb.


Xəbər 410 dəfə oxundu.