"Zirə" klubu 4 futbolçu ilə müqavilə imzalayıb
Bakının “Zirə” futbol klubu yeni transferlərini açıqlayıb.

Klub 4 futbolçu ilə müqavilə imzalayıb. "Qəbələ"dən ayrılan Klesio Bauk, "Sabah"la vidalaşan Rəşad Eyyubov və Kərim Diniyevlə bir illik sözləşmə bağlanılıb. "Sumqayıt"la yollarını ayıran Sərtan Taşqın isə iki illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi təyin olunub. Qəsəbə təmsilçisi 38 yaşlı mütəxəssislə üçillik müqavilə imzalayıb.

Xəbər 391 dəfə oxundu.