Millimizin rəqibi Almaniya klubu ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisinin Millətlər Liqasındakı rəqiblərindən olan Lüksemburq yoxlama oyunu keçirəcək.

Komanda Almaniyanın üçüncü Bundesliqa klubu olan “Saarbrükken” ilə görüşəcək. Oyun sentyabrın 1-də baş tutacaq. Qarşılaşmanın məkanı və saatı barədə məlumat verilməyib.

Azərbaycan və Lüksemburq yığmaları “C” liqasının 1-ci qrupunda yer alıblar. Komandaların ilk görüşü sentyabrın 5-də Bakıda, ikinci duel isə noyabrın 17-də Lüksemburqda olacaq. Bu qrupda Monteneqro və Kipr milliləri də qərarlaşıb.


Xəbər 436 dəfə oxundu.