Qadın sahibkarlar əlil döyüşçülərin futbol komandası ilə görüşüblər
COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyi (AQSİA) və "Bakı Tekstil Fabriki" MMC (BTF) "Qarabağ Əlil Döyüşçüləri" Futbol Federasiyası komandasının üzvləri ilə görüş keçirib.

AQSİA və BTF təmsilçiləri Gəncə şəhəri, Kəpəz, Tovuz, Qazax rayonlarındakı komanda üzvlərini ziyarət ediblər.

Xatırladaq ki, komanda üzvləri Avropa çempionatına vəsiqə qazanıblar.

Görüşün də məqsədi Avropadakı mötəbər yarışda iştirak imkanı qazanmış komanda üzvlərinə maddi və mənəvi dəstək olmaqdır. Eyni zamanda, federasiya təmsilçilərinə AQSİA və BTF tərəfindən yardımlar verilib.

Xəbər 484 dəfə oxundu.