Yusuf Laval: Azərbaycan Premyer Liqası yüksək səviyyədədir
Yusuf Laval Bakının "Neftçi" klubuna keçdiyinə görə çox məmnundur.

22 yaşlı nigeriyalı vinger bu transferin özünü göstərmək üçün yaxşı imkan olacağını hesab edir: "Azərbaycan Premyer Liqası yüksək səviyyədədir. Hər gün məşqə çıxmağı səbirsizliklə gözləyirəm. Çünki bu komanda və baş məşqçi üçün meydanda mübarizəyə hazır olmaq istəyirəm".

Xatırladaq ki, Lavalı Türkiyə klubları da heyətinə cəlb etmək istəyib. Belə ki, bu ölkənin 3 klubu gənc afrikalı futbolçu ilə maraqlanıb. Sadəcə, həmin komandaların adları açıqlanmayıb.

Xəbər 479 dəfə oxundu.