Azərbaycan şahmatçısı beynəlxalq festivalda iştirak edəcək | |
İsveçrənin Bil şəhərində şahmatın klassik, blits və rapid növləri üzrə 53-cü beynəlxalq festival keçiriləcək. Səkkiz qrossmeysterin qatılacağı klassik şahmat və blits üzrə yarışlarda Azərbaycanı Arkadi Naydiç təmsil edəcək. Klassik şahmat yarışı iyulun 21-dən 29-dək, blits turniri isə iyulun 25-də təşkil olunacaq. Festival koronavirus pandemiyası dövründə onlayn formatda keçirilməyən ilk turnirlərdən biri olacaq. |
|
Xəbər 470 dəfə oxundu. |
|
|