Beynəlxalq Olimpiya Komitəsinin 136-cı sessiyası iyulun 22-dək davam edəcək
Dünən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 136-cı sessiyası öz işinə başlayıb. Beynəlxalq qurumun onlayn qaydada keçiriləcək toplantısı iyulun 22-dək davam edəcək.

Toplantının ilk günündə qurumun vitse-prezidentinin və İcraiyyə Komitəsinə üzvlərin seçilməsinə dair səsvermə keçiriləcək.
BOK-un vitse-prezidenti vəzifəsinə iki nəfərin namizədliyi irəli sürülüb. Həmin namizədlər Con Kouts (Avstraliya )və Mianq Hiqdir (Sinqapur).

BOK İcraiyyə Şurasının üzvlüyünə 4 namizəddən yalnız ikisi seçiləcək. Seçim Pyer Olivye Bekker-Vyuant (Belçika), Herardo Verteyn (Argentina) və xanımlar- Daqmavit Girmey Berheyn (Efiopiya), Mikaela Kojuanka Yavorski (Filippin) arasında aparılacaq.

BOK-un 136-cı sessiyası “YouTube” kanalı ilə canlı yayımlanacaq.

Toplantılardan sonra BOK prezidenti media nümayəndələrinin suallarını cavablandıracaq.


Xəbər 486 dəfə oxundu.