Beynəlxalq Olimpiya Komitəsinə prezident seçkiləri 2021-ci ilin yazında keçiriləcək
Beynəlxalq Olimpiya Komitəsinə (BOK) prezident seçkiləri 2021-ci ilin yazında keçiriləcək.

Bu qərar iyulun 17-də BOK-un videokonfrans formatında baş tutan 136-cı iclasında qəbul edilib.

Qeyd edək ki, BOK-un prezidenti Tomas Bax ikinci müddətə qurumun prezidentliyinə namizəd olmaq qərarını açıqlayıb. Seçkilər, BOK-un Afinadakı 137-ci sessiyasında keçiriləcək. Prezidentliyə namizədlərdən ərizələrin qəbulu sessiya başlamazdan üç ay əvvəl başa çatacaq.

Xəbər 491 dəfə oxundu.