Şahmat üzrə Qran-Pri turnirinin dördüncü mərhələsinin yarımfinal yarışları keçiriləcək
Sürətli şahmat üzrə “Women s Speed Chess Championship” yarışı çərçivəsində iyulun 17-də onlayn Qran-Pri turnirinin dördüncü mərhələsinin yarımfinal yarışları keçiriləcək.

Final mərhələsinə vəsiqə uğrunda çinli Hou Yifan hindistanlı Humpi Koneru, iranlı Sarasadat Hademalşarieh rusiyalı Aleksandra Kostenyuk ilə mübarizə aparacaqlar.

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Qran-Prinin bundan əvvəlki 3 mərhələsində iştirak etsə də, çıxışı uğurlu alınmayıb.

Xatırladaq ki, Qran-Prinin mərhələ yarışlarının nəticəsinə görə ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.

Xəbər 465 dəfə oxundu.