“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bakı təmsilçisi Azərbaycan U-19 millisinin hücumçusu Camal Cəfərovla beşillik müqavilə imzalayıb.

“Anji” futbol akademiyasının yetirməsi olan C.Cəfərov son mövsümdə bu klubun əvəzedici komandasında çıxış edib.

Qeyd edək ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev, Slavik Alxasov və Aleksey İsayevi heyətinə cəlb edib.

Xəbər 484 dəfə oxundu.