Deşam Blanın qərarının intizarındadır
Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre «Marsel»in sükançısı Didye Deşamla danışıqlara başlayıb. Onunla ölkənin milli komandasının baş məşqçi kürsüsün tutması ilə imkanları müza kirə edilir.

Komandanı Avro-2012-də çalışdırmış Loran Blanın yığmada işini davam etdirib-etdirməyəcəyi də hələlik bəlli deyil. Blan hazırda «Tottenhem»lə danışıqlar aparır. O, öz mövqeyini bugün ölkə futbol federasiyasının rəhbəri ilə görüşdə aydınlaşdırmalıdır.

İdman.com.az saytının məlumatına görə, əvvəllər Deşamın «Liverpul»un da baş məşqçisi vəzifəsinə namizəd oduğu bildirilirdi.


Xəbər 903 dəfə oxundu.