“Mançester Yunayted”in kapitanı iki ay yaşıl meydanlardan kənarda qalacaq
İngiltərənin “Mançester Yunayted” futbol klubunun kapitanı Harri Maquayr zədələnib.

27 yaşlı müdafiəçi iki aylıq sıradan çıxıb. İngiltərə millisinin üzvü Premyer Liqada 35 matçın hamısında 90 dəqiqə meydanda olub. Omba sümüyündəki zədəsi sağalmadan, ağrıkəsicilərlə müntəzəm matçlara çıxan futbolçu iki ay istirahət etməli olacaq.

Qeyd edək ki, H.Maquayr ötən il “Lester”dən “Mançester Yunayted”ə keçib.

AZƏRTAC

Xəbər 495 dəfə oxundu.