“Səbail” baş məşqçisi ilə yeni müqavilə imzalayıb
Bakının “Səbail” futbol klubu baş məşqçisi Aftandil Hacıyev ilə yeni müqavilə imzalayıb.

Mütəxəssis növbəti mövsüm də Bakı təmsilçisini çalışdıracaq.

Klub A.Hacıyevin köməkçiləri ilə də razılıq əldə edib.

Qeyd edək ki, mütəxəssis 2018-ci ildən “Səbail”in baş məşqçisidir. O, 2018/2019-ci mövsümündə komanda ilə çempionatın bürünc medalına sahib olub və Avropa Liqasına vəsiqə qazanıb.

Xəbər 482 dəfə oxundu.