Rəşad Sadıqov “Zirə”yə baş məşqçi təyin olunub
Bakının “Zirə” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bakı təmsilçisi Rəşad Sadıqova həvalə olunub. Otuz səkkiz yaşlı mütəxəssis ilə üçillik müqavilə imzalanıb.

“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov təyinatla bağlı fikirlərini bölüşüb. O, Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılığa gəldiklərini bildirib: “Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. “Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram”.

Qeyd edək ki, 2011-ci ildən “Qarabağ”da çıxış edən R.Sadıqov 2019/2020-ci il mövsümünün sonunda karyerasını başa vurub. O, iyulun 15-də Ağdam klubu ilə vidalaşdığını da açıqlayıb.

Xəbər 520 dəfə oxundu.