“Zirə” daha 3 futbolçusu ilə yollarını ayırıb
“Zirə” klubu daha 3 futbolçusu ilə yollarını ayırıb.

Bunlar hücumçu Riçard Qadze, yarımmüdafiəçi Mfo Kqasvane və müdafiəçi Bəxtiyar Həsənalızadədir.

Bununla da “Zirə”dən ayrılan futbolçuların sayı 12-ə çatıb. Komanda bunadək Cavid Hüseynov, Tellur Mütəllimov, Orxan Sadıqlı, Yovan Krneta, Miloş Bakraç, Boyan Zoqoviç, Şafik Tiqrudca, Adrian Skarlatake, və Nicat Süleymanovla da yolları ayırıb.

Xəbər 481 dəfə oxundu.