“Səbail” millimizin futbolçusu ilə yollarını ayırıb
Bakının “Səbail” klubu Azərbaycan millisinin futbolçusu Şəhriyar Rəhimov ilə yollarını ayırıb.

Bakı təmsilçisi 31 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Klub rəhbərliyi iki il ərzində komandada çıxış etdiyi üçün oyunçuya təşəkkür edib.

Qeyd edək ki, “Səbail” daha əvvəl ulduz futbolçu Maykl Essyenlə yollarını ayırıb. Komandada icarə əsasında oynayan Fəhmin Muradbəyli müqavilə ilə məxsus olduğu “Neftçi”yə qayıdıb.

Xəbər 473 dəfə oxundu.