“Sumqayıt” futbol klubu iki futbolçusu ilə müqavilənin müddətini yeniləyib
Yeni futbol mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” klubu iki futbolçusu ilə müqaviləni yeniləyib.

Qapıçı Mehdi Cənnətov və müdafiəçi Elvin Bədəlov növbəti mövsümdə də “gənclik şəhəri” təmsilçisinin uğurları üçün çalışacaqlar.

Qeyd edək ki, 2017-ci ildən “Sumqayıt”da çıxış edən M.Cənnətov ümumilikdə 55 qarşılaşmada forma geyinib. Ötən il komandaya qoşulan E.Bədəlov isə klubun heyətində 20 oyun keçirib. Ümumilikdə 1343 dəqiqə ərzində meydanda olan mərkəz müdafiəçisi bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 481 dəfə oxundu.