Qadınlar arasında onlayn Qran-Pri turnirində dörddəbir final mərhələsinin qalibləri müəyyənləşib
Sürətli şahmat üzrə qadınlar arasında onlayn Qran-Pri turnirinin dördüncü mərhələsinin növbəti oyunları keçirilib.

“Women s Speed Chess Championship” yarışı çərçivəsində keçirilən yarışın dörddəbir finalında rusiyalı şahmatçı Aleksandra Kostenyuk Hindistanın təmsilçisi Harika Dronavali üzərində 9:3 hesabla qələbə qazanıb. Onun komanda yoldaşı Valentina Qunina isə Hindistanın digər təmsilçisi Humpi Koneruya 6:5 hesabla məğlub olub. Çinli Hou Yifan qazaxıstanlı Jansaya Abdulmalik (7,5:2,5), iranlı Sarasadat Hademalşarieh ukraynalı Anna Muzıçuk (7,5:3,5) ilə mübarizədə qalib gəlib.

Xəbər 487 dəfə oxundu.