“Sumqayıt” klubu iki futbolçusu ilə müqaviləni yeniləyib
Azərbaycanı birinci dəfə Avroliqada təmsil edəcək "Sumqayıt" klubu 2 futbolçusu ilə müqaviləni yeniləyib.

Qapıçı Mehdi Cənnətov və müdafiəçi Elvin Bədəlovun müqaviləsi uzadılıb.

Qeyd edək ki, 2017-ci ildən "Sumqayıt"da çıxış edən M.Cənnətov ümumilikdə 55 qarşılaşmada meydanda olub. 2019-cu ildə bu komandaya qoşulan Elvin Bədəlov isə 20 oyun keçirib. 1343 dəqiqə meydanda olan mərkəz müdafiəçisi 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 394 dəfə oxundu.