Şəhriyar Məmmədyarov “Summer of Seattle” turnirində inamlı çıxışını davam etdirir
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Summer of Seattle” turnirində növbəti heç-heçəyə imza atıb.

Şahmatçımız 5-ci turda Rusiya təmsilçisi Vladimir Fedoseyev ilə xalı yarı bölüb. Bununla da, şahmatçımız xalların sayını 3,5-ə çatdırıb.

Qeyd edək ki, 4 qrossmeysterin yarışdığı turnirdə Ş.Məmmədyarov liderliyini davam etdirir. Turnirin digər iştirakçılarından amerikalı Ceffri Şonq 3, V.Fedoseyev 2,5, vyetnamlı Le Kyanq Liem isə 1 xal toplayıblar.

Yarışa iyulun 17-də yekun vurulacaq.

Xəbər 482 dəfə oxundu.