Asiya Çempionlar Liqasının Qərb bölgəsi üzrə oyunlarına Qətər ev sahibliyi edəcək
Futbol üzrə Asiya Çempionlar Liqasının Qərb bölgəsi üzrə oyunlarına Qətər ev sahibliyi edəcək.

Bu barədə Asiya Futbol Konfederasiyası məlumat yayıb.

Sentyabrın 14-dən oktyabrın 3-dək turnirin qrup mərhələsi və yarımfinal oyunları təşkil olunacaq.

Qeyd edək ki, Şərq bölgəsində keçiriləcək oyunlara ev sahibliyi üçün müraciətlər iyulun 24-dək davam edəcək.

Xəbər 505 dəfə oxundu.