“Williams” pilotları ilə müqavilənin müddətini uzadıb
Formula 1 komandası “Williams” pilotları - Corc Rassell və Nikolas Latifi ilə müqavilənin müddətini uzadıb.

Hər iki sürücü növbəti mövsümdə də İngiltərə komandasında qalacaqlar.

Qeyd edək ki, Corc Rassell bu il keçirilmiş virtual Azərbaycan Qran-Prisinin qalibidir. O, həmçinin 2019-cu ildə Azərbaycan Qran-Prisində qəza törədib. Onun idarə etdiyi bolid trasdakı kanalizasiya lyukunun qapağına ilişərək zərər görmüşdü.


Xəbər 522 dəfə oxundu.