Şahmat üzrə Qran-Pri turnirinin dördüncü mərhələsinin dörddəbir final yarışları keçiriləcək
ƏSürətli şahmat üzrə “Womens Speed Chess Championship” yarışı çərçivəsində iyulun 16-da onlayn Qran-Pri turnirinin dördüncü mərhələsinin növbəti oyunları keçiriləcək.

FIDE-nin təşkilatçılığı ilə keçirilən yarışın dörddəbir finalında rusiyalı şahmatçılar Valentina Qunina hindistanlı Humpi Koneru, Aleksandra Kostenyuk Hindistanın digər təmsilçisi Harika Dronavali, çinli Hou Yifan qazaxıstanlı Jansaya Abdulmalik, ukraynalı Anna Muzıçuk iranlı Sarasadat Hademalşarieh ilə mübarizə aparacaqlar.

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Qran-Prinin bundan əvvəlki 3 mərhələsində iştirak etsə də, çıxışı uğurlu alınmayıb.

Xatırladaq ki, Qran-Prinin mərhələ yarışlarının nəticəsinə görə ən çox xal toplayan şahmatçılar superfinalda vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.

Xəbər 483 dəfə oxundu.