FIFA: Millimiz beynəlxalq reytinq cədvəlində mövqeyini qoruyub
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Ötən ay açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1177 xalla 114-cü pillədə qərarlaşıb.

Reytinqin ilk üç pilləsində Belçika (1765), Fransa (1733) və Braziliya (1712) yığmaları qərarlaşıblar.

Qeyd edək ki, AFFA Azərbaycan milli komandasının baş məşqçi postu üçün italiyalı Cianni De Byazi ilə müqavilə imzalayacaq.


Xəbər 478 dəfə oxundu.