Millimizin sabiq futbolçusu karyerasını Almaniyada davam etdirəcək
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Toğrul Eratın yeni klubu müəyyənləşib.

Futbolçu Almaniyanın Qərb Regional Liqasında çıxış edən “Rot-Vayss” komandası ilə müqavilə imzalayıb.

Qeyd edək ki, yarımmüdafiəçi yığmamızın heyətində 4 oyun keçirib. O, son olaraq Türkiyənin “Bayrampaşa” klubunun formasını geyinib.


Xəbər 505 dəfə oxundu.