“Mançester Yunayted”in futbolçusu “Fəxri doktor” adına layiq görülüb
“Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford Mançester Universitetinin “Fəxri doktor”u adına layiq görülüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İyirmi iki yaşlı Reşford futboldakı nailiyyətlərinə və uşaq yoxsulluğuna qarşı keçirdiyi kampaniyalara görə bu adı alıb. Bununla da, o, universitet tarixində bu ada layiq görülən ən cavan şəxs olub.

Xəbər 531 dəfə oxundu.