“Səbail” ulduz futbolçusu Maykl Essyenlə yollarını ayırıb
Bakının “Səbail” klubu ulduz futbolçusu Maykl Essyenlə yollarını ayırıb.

Bu barədə klubun Müşahidə Şurasının üzvü Cahangir Həsənzadə məlumat verib. Onun sözlərinə görə, qanalı yarımmüdafiəçi ilə başa çatan müqavilə uzadılmayıb.

Xatırladaq ki, M.Essyen “Səbail”ə 2019-cu ilin martında keçmişdi. O, karyerası ərzində İngiltərənin “Çelsi”, İspaniyanın “Real” və İtaliyanın “Milan” klublarında da çıxış edib.


Xəbər 514 dəfə oxundu.