Şahmat üzrə Qran-Pri turnirinin dördüncü mərhələsinin səkkizdəbir final yarışları keçirilib
FIDE-nin təşkilatçılığı ilə keçirilən sürətli şahmat üzrə “Womens Speed Chess Championship” yarışı çərçivəsində iyulun 15-də onlayn Qran-Pri turnirinin dördüncü - son mərhələsinin səkkizdəbir final yarışları keçirilib.

Yarışda rusiyalı şahmatçılar Valentina Qunina, Aleksandra Kostenyuk, çinli Hou Yifan, ukraynalı Anna Muzıçuk, qazaxıstanlı Jansaya Abdulmalik, iranlı Sarasadat Hademalşarieh, Hindistan şahmatçıları Humpi Koneru, Harika Dronavali rəqiblərini məğlub edərək dörddəbir finala vəsiqə qazanıblar.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Günay Məmmədzadə Qran-Prinin bundan əvvəlki 3 mərhələsində iştirak etsə də, çıxışı uğurlu alınmayıb.

Xatırladaq ki, Qran-Prinin mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq.

Xəbər 523 dəfə oxundu.