Kriştiano Ronaldo növbəti rekorduna imza atmağa hazırlaşır
“Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo növbəti rekorduna imza atmağa hazırlaşır.

Portuqaliyalı futbolçu Premyer Liqa, La Liqa və A Seriyasında 50 qol vurmağı bacaran ilk oyunçu ola bilər. 2018-ci ildən İtaliyada çıxış edən 35 yaşlı hücumçunun aktivində 49 qol var.

O, bir dəfə də adını tabloya yazdıracağı təqdirdə, İngiltərə, İspaniya və İtaliya çempionatlarında 50 qol vurmağı bacaran ilk futbolçu olacaq.

Xəbər 523 dəfə oxundu.