“Qarabağ”ın braziliyalı sabiq qapıçısı Azərbaycan ilə bağlı paylaşım edib
Ağdamın “Qarabağ” futbol klubunun sabiq qapıçısı Vaqner da Silva sosial şəbəkələr vasitəsilə Azərbaycana dəstək nümayiş etdirib.

34 yaşlı braziliyalı qolkiper cəbhə bölgəsində baş verən hadisələrlə bağlı paylaşım edib. 2019/2020-ci il mövsümündən sonra “Qarabağ”dan ayrılan braziliyalı sosial şəbəkə hesabında Azərbaycan bayrağını paylaşıb.

Qeyd edək ki, Vaqner da Silva 2018-ci ildən Ağdam təmsilçinin şərəfini qoruyub.

Xəbər 535 dəfə oxundu.