“Qətər-2022”nin təqvimi açıqlanıb
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təqvimi açıqlanıb.

Mundialın açılış matçı noyabrın 21-də Bakı vaxtı ilə 14:00-da ev sahibi komandanın iştirakı ilə 80 min azarkeş tutumuna malik “Al Bayt” stadionunda keçiriləcək. Final qarşılaşması isə dekabrın 18-də saat 19:00-da “Lusail” Arenasında oynanılacaq.

Qrup mərhələsinin matçları noyabrın 21-dən dekabrın 2-dək, səkkizdəbir final mərhələsinin oyunları dekabrın 3-6-da, dörddəbir final qarşılaşmaları dekabrın 9-10-da, yarımfinal görüşləri isə dekabrın 13-14-də keçiriləcək. Üçüncü yer uğrunda matç isə dekabrın 17-də “Xəlifə” stadionunda keçiriləcək.

Xəbər 513 dəfə oxundu.