Azərbaycan millisinin sabiq üzvü “Büyükçekmece” klubuna baş məşqçi təyin olunub
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü İnessa Qorxmaz Türkiyənin “Büyükçekmece” klubunun baş məşqçisi təyin olunub.

Veteran voleybolçu birinci liqada mübarizə aparan komandanın Voleybol Akademiyasının əsas çalışdırıcısı olmaqla yanaşı, aşağı yaş qrupuna da nəzarət edəcək.

Qeyd edək ki, İ.Qorxmaz 2004-2007-ci illərdə Azərbaycan millisinin şərəfini qoruyub. O, 2001-2004-cü illərdə isə “Azərreyl”də oynayıb.

Xəbər 532 dəfə oxundu.