“Zirə” klubu daha iki futbolçusu ilə yollarını ayırıb
Bakının “Zirə” klubu daha iki futbolçusu ilə yollarını ayırıb.

Komanda rumıniyalı müdafiəçi Adrian Skarlatake və Nicat Süleymanov ilə vidalaşıb.

Adrian Skarlatakenin klubla müqaviləsi başa çatıb, Nicat Süleymanov isə icarə əsasında “Zirə”də çıxış edirdi. O, müqavilə ilə məxsus olduğu “Qarabağ”la da yollarını ayırıb.

Qeyd edək ki, Bakı təmsilçisi daha öncə Emil Balayev, Anastasios Papazoğlu, Miloş Bakraç, Yovan Krneta, Orxan Sadıqlı, Alvaro Ampuero, Adrian Skarlatake, Cavid Hüseynov, Tellur Mütəllimov, Boyan Zoqoviç və Şafik Tiqrudcanı heyətindən kənarlaşdırıb.

Xəbər 522 dəfə oxundu.