Maykl Ouenin Dubay səfəri twitterdə
«Mançester Yunayted»lə müqaviləsi sona çatan Maykl Ouen Dubay klublarından «Əl-Şabab»la razılaşmağa çox yaxındır. «Sky Sports»un xəbərinə görə, Dubay klubu «Mançester Yunayted»lə müqaviləsi bitən Oueni heyətinə qatmaq üçün görüşlərə başlayıb.
«Əl-Şabab»ın rəsmi twitter səhifəsində «Maykl Ouen klubumuz üçün çox əhəmiyyətli bir rol oynaya biləcək bir futbolçudu və heyətimizə qatmaq üçün işlərə başladıq» yazılıb.

«Əl-Şabab»dan 32 yaşlı futbolçunun bu anda Dubayda olduğu, hələlik qəti bir razılaşma əldə edilmədiyi, lakin bu transferdən müsbət nəticəyə inamın olduğu bildirilir.
İdman.com.az saytının məlumatına görə, Maykl Ouen ötən mövsüm İngiltərə Premyer Liqasında «Mançester Yunayted» formasını cəmi 80 dəqiqə geyinə bilmişdi.

Xəbər 1241 dəfə oxundu.