Beynəlxalq Gimnastika Federasiyasının konqresinin vaxtı dəyişdirilib
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) konqresinin vaxtı dəyişdirilib.

Bu barədə FIG-nin İcraiyyə Komitəsi qərar qəbul edib.

Konqresin əvvəlcədən oktyabrın 23-25-də keçirilməsi planlaşdırılırdı. Yeni qərara əsasən, tədbir gələn il oktyabrın 29-31-də Antalyada təşkil olunacaq.

Qeyd edək ki, quruma üzv 148 milli federasiyadan 142-si qərarı dəstəkləyib.

Xəbər 575 dəfə oxundu.