Təmkin Xəlilzadə “Sabah”ı tərk edə bilər
Bakının “Sabah” futbol klubunun üzvü Təmkin Xəlilzadə yaxın vaxtlarda komandanı tərk edə bilər.

Futbolçu ilə iki yerli klubun maraqlandığına dair xəbərlər var. Həmin klublardan birinin “Keşlə” olduğu bildirilir. Lakin bununla bağlı hər hansı bir rəsmi məlumat yoxdur.

Qeyd edək ki, milli komandamızın müdafiəçisinin “Sabah” klubu ilə bu ilin sonunadək müqaviləsi var.

Xəbər 472 dəfə oxundu.