Daha bir tennis turniri ləğv olunub
Daha bir tennis turniri ləğv edilib.

Oktyabrda İsveçrənin Bazel şəhərində keçirilməsi nəzərdə tutulan turnir koronavirus pandemiyasına görə baş tutmayacaq.

Turnirin direktoru Rocer Brenvald bildirib ki, koronavirusdan heç kim sığortalanmayıb. Turniri azarkeşsiz keçirmək istəmirik. Bu səbəbdən bu il turnir təşkil olunmayacaq.

İsveçrəli tennisçi Rocer Federer turnirin onqat qalibidir.

Qeyd edək ki, tennis mövsümünün avqustda bərpa olunması gözlənilir. Hazırda yalnız nümayiş xarakterli turnirlər təşkil olunur.

Xəbər 650 dəfə oxundu.