“Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem Azərbaycana dəstək nümayiş etdirib
Ağdamın “Qarabağ” futbol klubunun sabiq futbolçusu Muarem Muarem sosial şəbəkələr vasitəsilə Azərbaycana dəstək nümayiş etdirib.

Makedoniyalı yarımmüdafiəçi cəbhə bölgəsində baş verən hadisələrlə bağlı paylaşım edib. Dördqat Azərbaycan çempionu olan futbolçu sosial şəbəkə hesabında “Başın sağ olsun, Azərbaycan” həştəqini və üzərində “Qarabağ - Azərbaycandır!” sözləri yazılan fotonu paylaşıb.

Qeyd edək ki, Muarem Muarem son olaraq ölkəsinin “Şkupi” komandasında çıxış edib. O, 2012-2015-ci və 2016-2017-ci illərdə Ağdam təmsilçisinin formasını geyinib.

Xəbər 562 dəfə oxundu.